20 yaşlı gəlin özünü asdı – MASALLIDA İNTİHAR

    9

    Masallı rayonunda 20 yaşlı gəlin intihar edib.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən rayonun Kübün kəndində baş verib. 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

    Qeyd edək ki, Nəzərova Aytən bir uşaq anası idi.