2021-ci il Azərbaycan tarixində yeni şanlı ənənələrə səbəb olacaq

471

Azərbaycan dövləti Şəhid və Qazilərimizin bizə qoyub getdiyi əmanətdir, kimsə bu əmanətə xəyanət edə bilməz

1918-ci il 13 noyabr tarixində Türkiyənin “Qurtuluş Savaşı” adına verdiyi mücadilə dönəmində Qazi Mustafa Kamal Atatürkün yaxın silahdaşı və yavəri Cavad Abbas “Osmanlı adına I Dünya Savaşı”nı bizlər uduzduq. İndi Anadolunun dörd bir yanı İngiltərə, Frasa, İtaliya, Yunanıstan, Rusiya və digərləri təeəfindən işğal altındadır. Bizlər bu savaşı necə qazanacağıq?”, – deyə soruşur. O, halını pozmadan belə cavab verir: “Narahat olmayın, gəldikləri kimi gedəcəklər”. Beləliklə onun bu ifadəsi indiyə kimi qardaş Türkiyədə bir ümid simvoluna çevrilmişdir.

İki yüz ildir Azərbaycanın tarixi ərazisində zorla məskunlaşdırılan ermənilər biz dövlət müstəqilliyimiz üçün mücadilə verdiyimiz vaxtda ölkəmizi tərk etməyə başladılar. Qondarma Ermənistanı əldə saxlamaq üçün “Dağlıq Qarabağ” problemini yaradaraq süni şəkildə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin çökməsi tarixinə ümid edirdilər. Bu dəfə tarixdən dərs alaraq 30 ildir müstəqilliyimizi qoruyub saxlaya bildik. Həm də ermənilərdən fərqli olaraq daha da inkişaf etdik.

Cəmiyyətin mənəvi-psixoloji vəhdəti

2020-ci il Azərbaycan dövlətçiliyi üçün ən möhtəşəm tarixi irs olaraq qalacaq. Belə ki, II Qarabağ Müharibəsi nəticəsində 30 ildir Ermənistan tərəfindən işğal altında olan ərazilərimizin azadlığı üçün mücadilə verdik. 44 gün davam edən müharibədə Milli Ordumuz tərəfindən hər gün rayonlarımız və kəndlərimiz düşməndən təmizlənirdi. Bu müharibədə bir gün də olsun geri çəkilmək kimi addım atılmadı. Hərb tarixində belə bir möhtəşəm qələbənin olmadığını dünyanın əksər hərbi-strateji mütəxəssisləri də  etiraf etdilər. Müharibədə qələbənin əldə olunmasında dördtərəfli hərbi-strateji taktika özünü yaxşı mənada göstərdi:
1. Azərbaycan Ordusu və onun Ali Baş Komandanının rəhbərliyi altında hərbi-strateji hədəflər düzgün mövqe seçmişdi,
2. Azərbaycanda vətəndaş cəmiyyətinin bu prosesdə Milli Orduya mənəvi-psixoloji mənada arxa-dayaq olması,
3. Beynəlxalq miqyasda Azərbaycan dövlətinin bu haqlı müharibəni aparmasına görə açıq şəkildə etirazların olmaması,
4. I Qarabağ Müharibəsindən fərqli olaraq Azərbaycana açıq şəkildə dəstək verən dövlətlərin varlığı.
Bununla yanaşı, sözdə loyallıq nümayiş etdirən, dolayısı olsa da  dövlətimizin yanında duran dövlətlərin varlığı öz sözünü deyə bildi.
Bu dəfə Azərbaycan daxili siyasətdə vətəndaş cəmiyyətinin vəhdətini düzgün taktika ilə qurmaqla yanaşı, həm də beynəlxaql müstəvidə informaisya blokadasına doğru istiqamətdən yanaşmaqla həll edə bildi. Nəticənin necə tamamlanmasından daxili və beynəlxalq mənada hər kəs razı qaldı.


Şüuraltı döyüşlər hələ də davam edir

Qarabağın Xocavənd, Xocalı, keçmiş Ağdərə rayonu ərazisi və Xankəndində qalan azsaylı erməni silahlı birliklərinin tör-töküntüləri hələ də Azərbaycan dövlətinin iradəsi və əldə etdiyi böyük qələbə ilə razılaşmayaraq, əldə silah terror və bəzi diversiyaları həyata keçirməkdədir. Bununla da ermənilərə məxsus və eləcə də ölkəmizdə xarici düşmən qüvvələrə xidmət edən trollar gecə-gündüz psixoloji baxımdan Azərbaycan dövlətinin böyük qələbəsinin uğurlarını ictimai fikirdə ən azından sosial şəbəkələrdə heçə endirməklə məşğuldurlar. Xüsusilə özülərini hakimiyyətə qarşı müxaif fikirdə olanlar daha fəaldırlar. Diqqətlə onların fəaliyyətini analiz etdikdə görürük ki, onlar hakimiyyəti bəhanə edərək əslində dövlətçiliyimizə qarşı qarşılarına qoyduqları bu hədəflərin şərtlərini həyata keçirirlər. Beləliklə kövrək vətəndaş cəmiyyətinin inkişaf etməsinə və daha da dərinləşməsinə mane olmağa çalışılır. Onlar unudurlar ki, bu gün ən azından dogma torpaqlarına geri dönmək üçün xüsusi hazırlıqlarını həyata keçirməyə çalışan bir milyondan çox artıq keçmiş məcburi köçkün və qaçqınlar heç də onlar kimi düşünmürlər. Onlar dövlətin və vətəndaş cəmiyyətinin böyük bir parçası  olaraq kimsənin siyasi və ya ideoloji baxımdan əlaltısına çevrilmək istəmirlər. Təkcə istədikləri dədə-baba ocağına dövlətin dəstəyi sayəsində sahib çıxmaqdır. Beləliklə də xarici amillərə söykənən psixoloji müharibə Azərbaycan cəmiyyətində məğlub durumla üz-üzə qalıbdır.

“YAŞAT FONDU” ilə dövlət və cəmiyyətin vəhdətinə doğru

II Qarabağ Müharibəsində əldə edilən böyük uğurların ardınca prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT” Fondu yaradıldı.
1. Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
2. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti prezidentin yaratdığı Himayəçilik Şurası həyata keçirir.
a) Fondun vəsaitinin formalaşdırılmasına və xərclənməsinə nəzarəti həyata keçirir;
b) Fondun vəsaitinin formalaşdırılması və xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir;
c) Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür;
d) Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri həll edir.
Fondun vəsaitinin sərəncamçısı prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.
Müvafiq Fərmanla Dövlət Agentliyi üçün aşağıdakı vəzifələr müəyyən edilib:
1. Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin;
2. Fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin;
3. Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın; Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin;
4. Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin;
5. Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər versin;
6. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim etsin. Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. Fondun vəsaiti vətəndaşların, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Azərbaycan prezidentin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydası təsdiq edilib.
Bütün bu təşəbbüslər sübut edir ki, Azərbaycanda dövlət və vətəndaş cəmiyyətinin yeni tarixi mərhələdə hansı prinsiplər əsasında inkişaf edəcəkdir.

Yeni ildə yeni ümidlərlə atılacaq addımlar

Faktiki olaraq, qədəm qoyduğumuz 2021-ci ilgəlişi ötən illərdən tamamilə fərqli olacaq. Düz 30 ilidir ki, hər dəfə: “Gələn il torpaqlarımız geri qayıtsın. Hər kəs bayramını dogma ocağında həyata keçirsin. Filankəsin toy-düyününü işğaldan azad eidlmiş vətəndə görüm”, – kimi dualarımız artıq öz həllini tapıbdır. 2020-ci ildə Dövlət, Ordu və Cəmiyyət olaraq dilək və arzularımızı həyata keçirdik. Təbii olaraq, Ali Baş Komandan və ölkə prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirilən bu məhtəşəm qələbənin hüdudları hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq böyük sevincinə səbəb oldu.
Artıq 2021-ci ili Böyük Quruculuq İli kimi dəyərləndirmənin zamanı çatmışdır. Azad edilən torpaqlarımızda hər bir kəndin, qəsəbənin və şəhərin yenidən salınması əsrin möcüzəsi olaraq qiymətləndiriləcək. Bizlər “Cocuq Mərcanlı” kəndinin simasında bunun şahidi olduq. Vətəndaş cəmiyyəti və dövlətin vəhdətinin əldə etdiyi uğurların miqyasının nələrə malik olduğunu artıq Azərbaycanda hər kəs dərindən dərk etməyə başlayıbdır. Ona görə də artıq sarsılmaz dövlətimiz var deyənlərin sırası güclənməyə başlayıb.

“Hürriyyət”