2019-cu ilin yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQLƏNDİ

    27

    Milli Məclisin iclasında" 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edilib.

    Hurriyyet.org-un məlumatına görə, sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.

    Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.

    İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyulub.

    Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

    Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

    Qanun layihəsi səsverməyə çıxarılaraq yekun – III oxunuşda qəbul edilib./modern.az/