“2013-cü ildə həbs olunanda 21 gün sonra ərizəm ingilis dilində Strasburqda idi” – İLQAR MƏMMƏDOV

87

“Milli Şura öz rəhbər üzvü olan Tofiq Yaqublunun vəkilinə bu işdə kömək etməyi bacarmırsa..”

“Tofiq Yaqublu 60 gündür həbsdədir, amma onun ərizəsi hələ də Avropa Məhkəməsinə göndərilməyib. Mən 2013-cü ildə həbs olunanda cəmi 21 gün sonra ərizəm ingilis dilində Strasburqda idi”. Hurriyyet.org xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib.

“60 gün hara, 21 gün hara!  Milli Şura öz rəhbər üzvü olan Tofiq Yaqublunun vəkilinə bu işdə kömək etməyi bacarmırsa, onun ərzisənin Avropa Məhkəməsinə göndərilməsi işinin əlaqələndirməsini REAL təşkil edə bilər”,-deyə partiya sədri əlavə edib.

 Şamo EMİN, Hurriyyet.org