“20 Yanvar” dairəsinə giriş məhdudlaşdırılır – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

57

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən “20 Yanvar” dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva prospekti – Cavadxan küç. – 3-cü mkrn.dairəsi və ya Tbilisi prospekti– Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən “20 Yanvar” dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə , Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər “20 Yanvar” dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyib.