“20 naxçıvanlıya öz maaşımla bilet almağa hazıram…” – Fazil Mustafa

348

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Fazil Mustafa bir daha Naxçıvanla hava əlaqəsinin bərpası məsələsini qaldırıb.

Məlum olduğu kimi, iyunun 18-dən etibarən Naxçıvana uçuşların qısmən bərpasına qərar verilib. Lakin karantin dövründə Bakıda və Naxçıvanda çoxlu sayda insanlar çıxılmaz vəziyyətdə qalıb və uçuşların qismən bərpası bu problemi həll etməyəcək.

F.Mustafa əlavə reyslərin açılmasına çağırış edib və öz maaşı hesabına çətin vəziyyətdə Bakıda qalan naxçıvanlılardan 20-sinin biletini almağa hazır olduğunu bildirib. F.Mustafa digər həmkarlarını da belə bir addım atmağa çağırıb.

Maraqlıdır, əslən Naxçıvandan olan deputatlar F.Mustafanın bu çağırışına qoşulacaqlarmı?…/azpolitika.info/