20-dən çox avtomobil toqquşdu: ölən və yaralananlar var – VİDEO

    21

    Rusiyanın Adıgey Respublikasında 20-dən çox avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

    “Life” agentliyi məlumat verir ki, qəza nəticəsində bir nəfər həlak olub, dörd nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın səbəblərini araşdırır.

    İlkin açıqlamaya əsasən, qəzaya səbəb ərazidə müşahidə olunan dumanlı hava şəraitidir./oxu.az/