2 uşaq atası özünü asdı – Ucarda İNTİHAR

27

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.

Məlumata görə, 2 uşaq atası olan S. Əliyev içki aludəçisi olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.