2  SONET

48

 Təbiət öz işindədir,

Cəmiyyət də öz işində.

Hamı alverə qurşanıb,

İrandadır, ya da Çində.

 

Ölkə maşın sərgisidir,

Nə sevgi var, nə də hünər.

Hanı gözəl operalar,

Dillərdə gəzən nəğmələr.

 

Nə baş verir, heç kimin də,

Anlamaq həvəsi yoxdur.

Hətta xoruzların belə,

Banlamaq həvəsi yoxdur.

 

Neyləməli, bu gündəyik,

Elə bil ki,  sürgündəyik.

 

             *   *   *

 

Mətləb dolu, söz dolu,

Hamı olubdur həpənd.

Çıxasan səyahətə –

Gəzib ölkəni kənd-kənd.

 

İnsan çox danışanda,

Naqqal və çənə olur.

Yüz kitabı satınca

Mənimki mənə olur.

 

Yüz nəfər də oxuyan,

Yoxsa bu məmləkətdə,

Gərək gedib qurd kimi

Ulayasan Ələtdə.

 

Ha qarala, ha sən yaz,

Gəlməyəcək əsla yaz.

 

                      05.IV.2018