2 milyon barel neft daşıyan gəmi qəfil – Yanğın

111

Şri-Lankanın qərb sahillərində Hindistan Neft Şirkətinə aid tankeri qəfil alov bürüyüb.

2 milyon barel neft daşıyan tanker 23 personalla üzürmüş.

Şri-Lanka tərəfi gəmidə baş verən yanğını söndürmək üçün xilasetmə tədbirləri həyata keçirib. Gəminin 23 əməkdaşından 22-si xilas edilib,biri isə həyatını itirib.

Şri-Lanka rəsmiləri bildiriblər ki, tankerdə neft sızmasının qarşısını almaq üçün lazım olan addımlar atılıb. \\Teleqraf