Qondarma “DQR” Milli Məclis deputatı Hayk Xanumyan Xankəndindəki ermənilərə müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli Artsax xalqı, Xankəndindəki İvanyan hərbi məktəbinin yanında toplaşın. Qadınlı-uşaqlı hər kəs gəlsin. Üçtərəfli razılaşmanın əksinə olaraq, Köhnə Tağlar və Çaylaqqala kəndləri niyə Azərbaycan nəzarətinə keçdi, birlikdə öyrənək”.
Qeyd edək ki, dekabrın 11-də işğaldan azad edilən Hadrut qəsəbəsinin Köhnə Tağlar və Çaylaqqala kəndləri istiqamətində atəşkəsin pozulması ilə bağlı məlumat yayılıb. \\PROPRESS