2 günlük övladını öldürən ana canlı yayım zamanı saxlanıldı

51
Star TV-də yayımlanan “Gerçeyin Peşinde” proqramında 27 il öncə görülən cinayətin üstü açılıb.  “Hürriyyət” xəbər verir ki, İkinci evliliyindən olan övladını axtarmağa gələn Xədicə adlı qadının 27 il əvvəl birinci evliliyindən olan 2 günlük körpəsini öldürdüyü məlum olub.

Canlı yayım zamanı studiaya polis əməkdaşları daxil olaraq qadını polis bölməsinə aparıblar.