1 barel neft üçün 300 $ – Trampın nüvə sazişindən çıxdığı halda ən bədbin proqnoz – TƏHLİL

    9

    Dan Eberhart

    “Forbes”

    Böyük ehtimalla, prezident Donald Tramp mayın 12-də İranla nüvə sazişindən imtina edəcək. Qlobal neft bazarları üçün bu əməlin nəticəsi, şübhəsiz, olacaq və o, qiymət artımının əsas amillərindən biridir.

    Trampın sazişdən geri çəkilməsinin sürpriz olmayacağını xatırlamaq vacibdir. “Brent” markalı neftin qiyməti üç ildən çoxdur ki, ən yüksək səviyyəyədir – 1 barelə görə 75 $-a yaxın. Xəbər rəsmiləşdikdən sonra bazar qiymətlərinin daha da yüksəlməsi üçün qısa vaxt lazım olacaq.

    Ən böyük narahatlıq dünya bazarında bir gün də təxminən 500 min barelə yaxın İran neftinin itkisidir. Bu, artıq hasilatın azaldılmasını tələb edən OPEK rəhbərliyi ilə tələbatı böyük Asiya qitəsi arasında gərginlik yaradıb. “Goldman Sachs”a görə, ilk rübdə dünya miqyasında tələbat təxminən son səkkiz il ərzində ən sürətli nisbətdə böyüyüb.

    İran neftinin bazardan çıxacağı halda neftin nə qədər bahalaşacağı düşünülməlidir. Buna Venesuelanın problemlərini də əlavə edin, – bu halda, dünya böyük bir çatışmazlıqla üzləşir.

    İki il əvvəl sanksiyaların qaldırılmasından sonra İran istehsalının sürətlə artması və ixrac fəaliyyətinin yenidən bərpası çox heyrətamiz idi. OPEK-in üçüncü böyük istehsalçısı gündə 2.2 milyon barel olan ixracını iki dəfə artırdı. Avropa qısa zamanda gündəlik 500-600 min barel neft idxal edən İranın ən böyük alıcısı oldu.

    Tramp müqavilədən çıxarsa, bu ticarət dənizi quruyacaq. Bəlkə də dərhal deyil, amma yaxın aylarda Avropa neft emalçıları və treyderləri tədricən bazardan kənarlaşacaq. Çünki onlar İranla əlaqəli çətinlikləri və ABŞ maliyyə bazarlarında sanksiyaları pozmanın potensial cəzasını anlayırlar. Məsələn, Avropa neft şirkətləri “Total” və “Eni” İran xam neftinin ən böyük alıcılarından ikisidir, lakin burada əhəmiyyətli aktivləri var. Bu şirkətlərin İranla ticarəti davam etdirməsi və Amerikaya xoş gəlməyən riskli biznes fəaliyyəti göstərməsi ehtimalı yoxdur.

    ABŞ-da aktivləri az olan və ya Amerikanın sanksiya siyasətini daha az nəzərə almış Çin və Hindistan kimi sürətlə inkişaf edən ölkələrin bir hissəsi, ehtimal ki, əlavə riskə görə İrandan sağlam bir endirim əldə etməklə, gərginliyin bir qismini öz üzərinə götürəcək. Xüsusilə Çin – prezident Trampla ticarət savaşı aparan ölkədir.

    ABŞ-la daha yaxın əlaqəli olanlar dövlətlərin – Yaponiya və ya Cənubi Koreyanın İranın xam neftini alması daha çətin olacaq və onlar Vaşinqtonun sanksiyalardan imtina etməsini gözləyəcək.

    İranın Avropa bazarına ixracatını Asiya alıcıları ilə əvəz edə biləcəyi mühüm məsələdir və yaxından izlənilməlidir. Bəlkə də daha vacib olan Trampın öz İran siyasətinin neft qiymətlərinə təsirini anlaması ölçüsündədir. Son zamanlar prezident “Twitter”-də “süni yüksək” neft qiymətlərinə görə OPEC-ə sözlü hücum edib. Trampin fikrincə, kartel, Rusiyaya və OPEK-ə daxil olmayan digər istehsalçılarla, hasilatın azaldılması ilə neftin qiymətini artırıb.

    Trampın neft qiymətlərinin artmasına həssas olması, ehtimal ki, qlobal iqtisadiyyatın gələcək aralıq müddətləri ilə daha çox əlaqəlidir. Ancaq artan geosiyasi risklər, xüsusilə də İran məsələsi qiymət artımını daha da sürətləndirir.

    Yaxşı, qiymətlər nə dərəcədə yüksək ola bilər?

    Son zamanlar tanınmış bir hedcinq fondunun meneceri iddia edib ki, dünya 1 barel üçün 300 dollar ödəməyə hazır olmalıdır. Bu qəribə iddiadır. Ancaq Səudiyyə Ərəbistanı OPEC-in razılaşmasını mümkün qədər uzun müddət saxlamağa çalışır, çünki bu dövlət nəhəng “Aramco” şirkətinin səhmlərini xarici investorlara təklif etməyə hazırlaşır.

    Səltənətin lideri mövcud qiymətlərin tələbata uyğun olması fikrindədir. Səudiyyə Ərəbistanının düşüncəsinə əsasən, qiymətlər hələ də yüksəlməlidir – bəlkə də 1 barel üçün 100 dollara qədər. Belə bir qiymət səmtləşməsi səudilər və ya ABŞ istehsalçıları üçün uzun müddətli perspektivdə yaxşı hal olmazdı. Çünki bu, dövlət subsidiyaları və yenilənən enerji, elektromobil və digər enerji alternativləri üçün xüsusi subsidiyalara dəstək verəcək.

    Geniş müzakirə olunmayan mümkün bir orta yol da var: bu, prezident Trampın nüvə razılaşmasından çıxması, lakin ABŞ-ın müttəfiqləri üçün İran neftinin istifadəsinin saxlanılmasıdır. Bu, neft qiymətlərinin indiki səviyyədə qalmasına kömək edəcək, lakin Tehrana da nüvə proqramını maliyyələşdirmək üçün davamlı gəlir mənbəyi verəcək.

    Qiymət artımını dayandırmaq üçün ABŞ istehlakçılarının ən yaxşı ümidi şist sektorunun genişləndirilməsidir. Bu il amerikalı istehsalçılar istehsalda gündəlik 11 milyon barellə rekord vurmağa yaxındırlar və bu, ölkənin məhsuldar şist yataqları sayəsində mümkün olacaq.

    Birləşmiş Ştatlar qlobal neft sənayesinin qiymətlərin bərpa edildiyi gündən etibarən kapital xərclərini əhəmiyyətli dərəcədə artıran yeganə sektorudur. Bir illik araşdırmaya əsasən, ABŞ istehsalçılarının investisiyası 2018-ci ilin sonuna qədər 15% artaraq 184 milyard dollara çatacaq. Sektorun qalan hissəsi üzrə kapital xərclərinin hamar olması və ya ən azı mütənasib artım göstərməsi gözlənilir. “Exxon Mobil”, “Chevron”, “BP”, “Shell” və “Chevron” kimi beynəlxalq oyunçular, qiymətdən asılı olmayaraq, önümüzdəki illərdə kapital xərclərini yüksəltmək niyyətində deyillər.

    İnvestisiya istəksizliyi Amerikanın şist istehsalçılarına təsir edir. Yüksək qiymətlər sektor üçün sərmayə bazarlarına çıxışı artıracaq, lakin bir çox neft şirkəti nizam-intizamı gözləməli və səhmdarlara ödənişləri təmin etmək üçün vədi balanslaşdırmalıdır.

    Hazırda bu tendensiyaya uyğun olaraq investorlar “həcmdən” daha çox “qiymət”də maraqlıdırlar. Buna baxmayaraq, boru kəmərləri, emal terminalları və ixrac müəssisələri kimi kritik infrastrukturun qurulması sürətlə davam etməlidir.

    Əgər qiymətlər artmaqda davam edərsə, nəticədə meydana gələn nəhəng dalğalar, prezident Trampın sazişdən çıxma qərarından asılı olmayaraq, bütün gəmiləri suyun üzündə saxlamalıdır.

    Tərcümə: Strateq.az