“1988-ci ildə Xankəndindəki olaylar qanuna uyğun araşdırılsaydı, indi Qarabağ problemi olmazdı …”-Rus prokuror…

147
Milyonlarla Azərbaycan vətəndaşı üçün  bu günədək olmazın əzab, faciə və itkilərlə müşayiət olunan, dünya gücləri üçün isə guya böyük bir bulmacaya çevrilmiş keçmiş Dağlıq Qarabağ ətrafındakı olaylar 32-33 il əvvəl – hələ beynəlmiləlçi baxışların hakim olduğu sovet dövründən başlayıb. Azərbaycan türklərinin Ermənistandan deportasiyası, Əsgəranda iki gənc azərbaycanlının erməni ekstremistləri tərəfindən öldürülməsi, Sumqayıt hadisələri və s …
Və bu günədək sonradan qanlı qarşıdurma və hərbi əməliyyatlara çevrilmiş həmin hadisələrin əsas baiskarları  SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçov  və sonradan Rusiya prezidenti B.Yeltsin başda olmaqla Kreml iqtidarı, sovet və rus ordusunun, eləcə də kəşfiyyatının rəhbərliyi hesab olunur…
Yəqin ki, oxucularımız üçün milliyyətcə rus olan Azərbaycan Respublikası vətəndaşının,  Azərbaycan Baş Prokurorluğun keçmiş əməkdaşı, 1988-ci ilin fevralında Sumqayıt şəhər prokurorunun müavini işləmiş və  iki Azərbaycan gəncinin qətli ilə nəticələnmiş Əsgəran hadisələrindən sonra bir həftə Xankəndidə ilkin istintaq hərəkətlərində iştirak etmiş   istefada olan prokuror Anatoli Vasilyeviç Koçerıginin Qarabağ məsələsi və ayrıca Sumqayıt “qırğını”a münasibətini öyrənmək maraqlı olar…
Əməkdaşımız Moderator.az-ın rus versiyası üçün  müstəqillik dövründə də – 2002-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorluğunda mühüm vəzifələrdə çalışmış keçmiş rus prokurordan müsahibə götürüb.
Yaxın müddətdə həmin müsahibənin maraqlı məqamlarının tərcüməsi ilə tanış ola bilərsiniz.