Şəki sakini borca görə intihar etdi

    6

    1983-cü il təvəllüdlü Ramin Fehruz oğlu İsmayılovun meyiti yaşadığı evin çardağından asılı vəziyyətdə həyat yoldaşı tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları araşdırma zamanı iki uşaq atası olan R. İsmayılovun intihar etdiyi məlum olub. R. İsmayılovun hansı səbəbdən özünə qəsd etdiyi məlum olmasa da, ilkin araşdırma zamanı onun başqasına borcu olduğu aydınlaşıb.