“190 manatın verilməsində yalnışlıqlar oldu” – İQTİSADÇI

75

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulsa da, təəssüf ki, vətəndaşların çoxu narazılıqlarını dilə gətirir.
Ölkədə bir çox ictimai-iaşə xidmətlərinin fəaliyyəti dayandırılıb. İqtisadçı, professor Nazim Bəydəmirli, karantin şəraitində işsiz qalan az təminatlı ailələrə veriləcək 190 manat bir dəfəlik ödənişin verilməsi qaydasından, bu ödənişlərin kimlərə verilməsindən, dövlətin məşğulluğu artırmaq üçün həyata keçirməyi planlaşdırdığı sosial tədbirlərdən Hürriyyet.org-a danışıb. O, 190 azn-in verilməsində müəyyən yalnışlıqların olmasını bildirib:

“Çox təəssüf edirəm ki, mənim və müstəqil iqtisadçıların hökümətə tövsiyələri illər boyu qulaq ardına vurulurdu. Piyar xatirinə statistik rəqəmlərə əl gəzdirilirdi. O cümlədən işsizliklə bağlı statistika Azərbaycanda ironiyayla qarşılanır və gülüş hədəfinə çerilir. Şübhəsiz ki, cənab İlham Əliyev İqtisadiyyat nazirini qəbul edərkən, müxtəlif dövlət qurumlarının iqtisadiyyatla bağlı müxtəlif rəqəmlər səsləndirdiyini açıq aşkar etiraf etdi və eyni zamanda onu da deyim ki, əgər iqtisadiyyatda rəqəmlər doğru deyilsə, hökümət heç zaman gələcək işlərini düzgün proqnozlaşdıra bilməz. Bununla da tez-tez qərarlarını dəyişdirməyə məcbur olacaq. Nazirlər Kabineti çox təəssüf ki, arxaik bir qrumdur. Sovet ənənələrinə “sadiq qalan” qurumdur. İqtisadiyyatda kompleks addımlar atılması üçün rəqəmlər doğru-dürüst olmalıdır. İşsizliklə bağlı isə çox təəssüf edirəm ki, məşğulluq idarələrində işsiz kimi qeydiyyata düşənlərin sayı 40 min civarındaydısa, pandemiya dövrünün ilk günlərində bunu 80 minə qaldırmışdılar. Xatırlayırsınızsa, Prezidentin sərəncamıyla, müxtəlif koteqoriyalı vətəndaşlarımıza dövlət yardımı elan olunan zaman, bunu bir qədər də qaldıraraq işsizlərin sayını 600 minə çatdırdılar. Anaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edənlərin sayı 2 milyondan yuxarı idi. Heç kimi bu gün ölkədə işsizliyin 4,7 və ya 5 faizə qədər olmasına inanmır. Pandemiya dövründə 190 azn-in iki ay rəzində müəyyən edilməsi və bunun üçün 80 milyon manata yaxın vəsaitin ayrılmasında müəyyən yanlışlıqlar oldu”.
Nazim Bəydəmirli, tətbiq edilən pandemiya dövründə 70 mindən çox insanın cərimələndiyini bildirib:
“Təcrübələr göstərdi ki, kifayət qədər qeyri-rəsmi çalışanlar var ki, hansı ki onlar işsizdilər. Eyni zamanda vaxtilə vöen alıb və müəyyən səbəblərdən işlədikləri yerlərin vergidən yayındığı müəyyən edilidi. Onlar yüz minlərlə işçiyə yalançı vöenlər almışdılar. Təbii ki, həmin işçilər işdən ixtisar olunduqdan sonra, onların adına vöenlər açıq qalmışdır. Bir çoxları sonardan açıq qalmış vöenləri sonradan bağlasa da sonradan onlara vəsait verilmədi. Hökümət isənilən bəhanələri etdi ki, vətəndaşları 190 manatdan məhrum etsin. Belə təcrübə, çox az ölkələrdə rast gəlinir. Hökümət pandemiya dövründə vətəndaşın yanında olmadı və ona arxa durmadı. Vətəndaşı aclıqla baş-başa buraxdı. Eyni zamanda “evdə qal” adıyla qadağalar tətbiq edərək, evdə saxladı. Bütün bunlar heç də xoş olan hallar deyil. Nəticə etibarı ilə Nazirlər Kabineti bu sınaqdan üzü ağa çıxa bilmədi. Təəssüf edirəm ki, bu cərimələr indiyə qədər 70 min vətəndaşımıza tətbiq edilib. Hesab edirəm ki, ölkə başçısı buna müdaxilə edib, cərimələri ləğv etməlidir”.
İqtisadçı, professor 190 azn-nin real işsizlərə verilməli olduğunu qeyd edib:
“Təbii ki, özünə sosial dövlət deyən hökümət, işsiz statusu almış istənilən şəxsə, adambaşı yaşayış xərcini təmin etməlidir. Əgər yaşayışı minumumu 190 azn təyin edilibsə, deməli pandemiya dövründə dövlət büdcəsində bu vəsaitlər nəzərdə tutulmalıdır və real işsizlərə həmin vəsaitlər verilməlidir”.