19 qəzetə aylıq maliyyə yardımı ayrılacaq – SİYAHI

285

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edir.

Bu barədə KİVDF-nin rəsmi saytında məlumat verilib.

KİVDF tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 10 dekabr 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.

Müsabiqənin qalibləri Fondun Müşahidə Şurasının 4 dekabr 2020-ci il tarixli 03 nömrəli Protokolu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün müsabiqə Qaydaları”na əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq müəyyən edilib.

Siyahı ilə buradan tanış ola bilərsiniz.