18 yaşlı oğlan özünü asdı – Şamaxıda İNTİHAR

96

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Cavanşir Babayev küçəsindəki 2 saylı binada baş verib.

İki mərtəbəli ümumi yaşayış binasında yaşayan 2002-ci il təvəllüdlü Babayev Nurlan Namiq oğlu binanın giriş hissəsində özünü kəndirlə asaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutub. O, təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.