17 yaşlı gənc özünü körpüdən atdı – ABŞERONDA

    6

    Abşeronda gənc oğlan intihara cəhd edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində baş verib.

    2001-ci il təvəllüdlü Bəxtiyarlı Şahlar Özbəy oğlu özünü Xırdalan şəhəri ərazisində yerləşən körpüdən yerə atıb.

    Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.