17 yaşlı qız özünü asdı – Oğuzda İNTİHAR

114

Oğuzda gənc qız özünü asıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Zərrab kəndində baş verib.

Kənd sakini 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz rayon Prokurorluğunda araşdırma aparılır.