16 yaşlı qız qaçırıldı – Goranboyda

    24

    Goranboyda 16 yaşlı qız qaçırılıb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb. Kənd sakini olan 16 yaşlı qız həmkəndliləri tərəfindən qaçırılıb.

    Məlumata görə, yeniyetmə qızı fiziki qüsurlu şəxslə evləndirmək məqsədi ilə qaçırıblar. Qaçırılan qızın yaxınları hadisə barədə polisə məlumat verib.

    Goranboy rayon Polis Şöbəsindən bildirilib ki, daxil olan məlumat əsasında əməliyyat-axtarış qrupu yaradılıb.

    Hazırda hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.