16 yaşlı gənc dostu tərəfindən bıçaqlandı

240

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ələsgərov Zaur Elcan oğlu mübahisə zəminində həmyaşıdı tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.