156 saylı avtobus qapısı açıq şəkildə sərnişin daşıyır – VİDEO

    24

    Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.

    HURRİYYET.ORG xəbər verir ki, "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən videonun "Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkildiyi qeyd olunub.

    Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb.

    Xezerxeber.az-ın məlumatına görə, marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər.

    Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

    Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

    Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: