“Şagirdlər metrodan istifadə etməsələr, ciddi şəkildə yoluxmalar müşahidə oluna bilər” – TƏHSİL EKSPERTİ

120

 “Təklif etmişik ki, hər bir rayon üzrə  yalnız uşaqların daşınmasına xidmət edəna vtobuslar ayrılsın. Ora yalnız böyüklər deyil, uşaqlar və valideynləri minsinlər. Mütləq şəkildə ictimai nəqliyyatda şagird sıxlığını aradan qaldırmaq üçün, metronun və digər alternativ nəqliyyatın fəaliyyətinə icazə verilməlidir. Bu addımların atılması zəruridir”

Bunu Hurriyyet.org-a açıqlamasında təhsil eksperti Kamran Əsədov metroların və digər alternativ nəqliyyat növlərinin fəaliyyətinə icazə verilməli olduğunu bildirib:

“Xüsusilə, Bakı şəhərində 48000 uşaq birinci sinifə gedəcək. Bilirsiniz ki, birinci sinifə gedən şagirdləri valideynləri aparıb gətirir. İstisna hallar olur ki, bəziləri yaşadıqları əraziyə yaxın məktəblərdə yaşayır.Bütün hallarda ənənəvi günlərdə belə ictimai nəqliyyatda sıxlığı müşahidə edirik. Digər tərəfdən, konkret rəqəmə baxsaq görərik ki, ölkənin orta ümumtəhsil müəssələrinə 165000 uşaq birinci sinifə gedir. Təbii ki, birinci sinifə gedən uşaqların yanında valideynləri də olacaq. Bu da hərəkət edəcək insanların sayının 33000-34000 arası olacağı deməkdir. İctimai nəqliyyatda hərəkətini davam etdirsələr, çox ciddi sıxlıq olacağı gözlənilir. Ola bilər ki, uşaqlar potensial yoluxucu deyil, amma potensial daşıyıcıdır. Onlar  virusu evlərə apara bilər. Təklif etmişik ki, hər bir rayon üzrə  yalnız uşaqların daşınmasına xidmət edəna avtobuslar ayrılsın. Ora yalnız böyüklər deyil, uşaqlar və valideynləri minsinlər. Mütləq şəkildə ictimai nəqliyyatda şagird sıxlığını aradan qaldırmaq üçün, metronun və digər alternativ nəqliyyatın fəaliyyətinə icazə verilməlidir. Bu addımların atılması zəruridir. Çünki, şagirdlər məktəblərə metroyla gedir və onlar metrodan istifadə etməsələr, ciddi şəkildə yoluxmalar müşahidə oluna bilər. Bu çox ciddi faktorlardan biridir. İnanıram ki, yeni tədris ili başlayanda, metroların və digər alternativ nəqliyyat növlərinin fəaliyyətinə icazə veriləcək”.

YƏHYA