15 rayonda 24 ədəd subartezian quyusu qazılacaq SƏRƏNCAM

66

Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Musavat.com xəbər verir ki, sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.

Bu Sərəncamda göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.

Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını təqdim edirik:

Sıra

№-si

Rayonun

adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
Balakən 1 Sarıbulaq kəndi 2631
Beyləqan 1 Mil qəsəbəsi 2456
1 Milabad qəsəbəsi 2465
1 Yeni Mil qəsəbəsi 2313
Bərdə 1 Xanxanımlı kəndi 398
1 İkinci Nazırlı kəndi 817
1 Kələntərli kəndi 2100
Biləsuvar 1 Təzəkənd kəndi 1879
Cəlilabad 1 Üçtəpə kəndi 8179
Goranboy 1 Xınalı kəndi 1018
1 Yolqulular kəndi 819
Kürdəmir 1 Şilyan kəndi 5436
Quba 1 Vladimirovka kəndi 3230
Neftçala 1 Xol Qarabucaq kəndi 2724
Şabran 1 Çölquşçu kəndi 901
1 Pirəmsən kəndi 862
Şəmkir 1 Dəllər Cırdaxan kəndi 3145
Tərtər 1 İsmayılbəyli kəndi 1549
1 Sarov kəndi 1870
1 Səhləbad kəndi 2142
Ucar 1 Qazyan kəndi 6868
Yardımlı 1 Mirimli kəndi 1642
Zaqatala 1 Aşağı Tala kəndi 7304
1 Göyəm kəndi 2374
Cəmi: 24 24 65 122