15 nəfər saxta içkilərdən öldü – Qazaxıstan

45

Saxta içki hazırlamaqda şübhəli bilinən şəxslər həbs olunub

Qazaxıstanda 15 nəfər kustar üsulla hazırlanmış içkidən dünyasını dəyişib.

Bununla bağlı Qazaxıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin içkiləri hazırlamaqda şübhəli bilinən 3 nəfərin həbs olunduğu bildirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, Arkalıke şəhərində etanol zəhərlənməsi ilə reanimasiyaya yerləşdirilən 13 nəfərdən 11-i dünyasını dəyişib, Akmola bölgəsində isə 4 nəfər ölüb. \\AYNA