14 il əvvəl özü üçün aldığı məzarı SATIŞA ÇIXARDI – VİDEO

    12

    Turkiyənin Kayseri şəhərində yaşayan şəxs daha əvvəl satın aldığı məzarı internetdən elan verərək satışa çıxarıb.

    Mətbuat.az Türkiyə mediasına istinadla bildirir ki, elan sahibi tək adamlıq, 4 kvadratmetrlik məzarı 14 min manatdan satacağını bildirib.

    Adının bilinməsini istəməyən şəxs 14 il əvvəl aldığı məzarı maddi sıxıntılar səbəbilə satmaq istədiyini deyib.