143 milyon dollarlıq lotereya bileti satılıb – ABŞ

    9

    ABŞ-da “Mega Millions” mərc oyununun cek-potu 143 milyon dollar təşkil edən bileti satılıb.

    Hurriyyet.org xəbər verir ki, Oxu.Az TASS-a istinadən verdiyi məlumata görə, bilet Ohaya ştatında kiçik mağazalardan birində alınıb. Bileti alan şəxsin kimliyi məlum deyil.

    Cek-potu udan şəxs 180 gün ərzində pulu ala bilər. Həmçinin udan şəxs pulu bir dəfəyə və ya 30 il müddətinə aylıq ödəniş şəklində də ala bilər.

    Həmçinin yerli qaydalara əsasən mağaza sahibi də 14,3 min dollar məbləğində mükafat alacaq.