14 naməlum şəhid məzarı ilə bağlı tapşırıq verildi

7
????????????????????????????????????

Füzuli rayonunda vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə böyük diqqət və qayğı göstərilir.  Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ötən gün Bala Bəhmənli kənd qəbiristanlığında olub, 1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olmuş 14 naməlum şəhidin məzarının üstünün götürülməsi ilə bağlı müvafiq tapşırıqlar verib. İcra başçısı görüləcək işlərin ən qısa zamanda və yüksək səviyyədə yekunlaşmasını tələb edib.

1994-cü ildə Horadiz əməliyyatı zamanı şəhid olan 14 nəfərin nəşi, məhz o zaman Alı Alıyevin təşkilatçılığı ilə Bala Bəhmənli kənd qəbiristanlığında dəfn edilib. Məzarların üstünün o zaman tam götürülməməsinin səbəbi isə şəhidlərin naməlum olması və gərəkərsə ekspertiza üçün analizlərin götürülməsi olub.