12 nəfəri viza düzəltmək adı ilə aldatdı – Onlardan 56913 manat pul aldı

    27

    Sumqayıtda 12 nəfəri aldadan şəxs saxlanılıb.

    Hurriyyet.org DİN-in saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən dələduzluq etmiş H.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin noyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə daha 12 nəfəri viza düzəltmək adı ilə aldadıb onlardan ümumilikdə 56913 manat pul alması müəyyən edilib.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.