12 MAY TİBB BACISI GÜNÜDÜR

    6

    Bu gün Beynəlxalq tibb bacıları günüdür. Elə bir insan yoxdur ki, ömrü boyu heç olmasa 3 tibb bacısı tanımasın, tibb bacısına işi düşməsin, tibb basısının xidmətindən istifadə etməsin.

    Bu tarix 1965-ci ildən qeyd olunur. Beynəlxalq tibb bacıları birliyi rəsmi olaraq hər il 12 may tarixinin tibb bacısı günü kimi qeyd olunmasını qərara alıb. 12 may məşhur tibb bacısı Florens Naytingeylin doğum günüdür. İngiltərənin ən xeyirxah tibb bacısı uzun illər ölkəsində orta və kiçik tibb personalının təlimi və hazırlanması ilə məşğul olub. O, həmçinin Krım müharibəsində sanitarların rəhbəri idi.

    Deyirlər, savadlı, təcrübəli tibb bacısı zəif həkimdən daha yaxşıdır.

    Bu gün tanıdığınız, güvəndiyiniz və evdə müalicələrinizi etibar etdiyiniz yaxın tibb bacısını təbrik edə bilərsiz. \\bakutibb.az