12 yaşlı qızı zorlayan “mömin” ölkədə QALMAQALA səbəb oldu – VİDEO

32

“Dövlətin nəzarət mexanizmlərində olaq”deyərək sözdə məzhəb lideri olan Fatih Nurullahın davamçılarından biri, sözde təriqət lideri Eyüp Fatih Şağban həbs edilib.

Tutulan şəxsin həbs səbəbi 12 yaşındakı qıza təcavüz iddiası olub. “İslam dövləti olsun, ən gözəl əmmamələri taxacağıq, ən gözəl paltarlar geyinəcəyik.

Ayasofya açıldı. Vaxt gəldi. Dövlətin nəzarət mexanizmlərində olaq” sözləri ilə gündəmə gələn məzhəbçi Fatih Nurullahın tərəfdaşı uşaq istismarı ilə gündəmə yeni damğasını vurub.

Qeyd edilir ki, azyaşlı qıza təcavüz xəbəri yeni deyil və həmin uşaqla bərabər bir neçəsinə də eyni əməl edilib.

Uşağın ana və atasının məzhəbçi tərəfdarlarından olduğu və təriqət lideri Eyüp Fatih Şağbanın evində yaşadığı deyilir. Qızın atası 58 yaşlı Eyüp Fatih Şağbanın ona təcavüz etdiyini öyrənən zaman digər tərəafdarlar onu döyüblər.

Uşaq yaşadıqlarını pedaqoqa danışıb. O yatdığı müddətdə belə təcavüzə məruz qaldığını, lakin qorxduğu üçün bunu kimsəyə demədiyini açıqlayıb. \\Sonxeber