10 ildən sonra “Mançester Siti”dən ayrılacaq – “Hara gedəcəyimə sevgilim qərar verəcək”

    30

    David Silva 2019/2020 mövsümünün sonu "Mançester Siti"dən ayrılacaq.

    Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü məlumat verib:

    "Gələcək mövsüm "Mançester Siti" ilə son ilim olacaq. Klub 2 illik bir sözləşmə imzalamaq istədi, amma mən 1 il qalmağı seçdim. 10 ili tamamlayacağam və bu mənim üçün yetərli vaxtdır. Çinə getməyəcəyəm, hara gedəcəyimə sevgilim qərar verəcək".

    Qeyd edək ki, David Silva "Mançester Sİti"yə 2010-cu ildə "Valensiya"dan transfer olub.