“10 gündə keçirdiyim görüşlər ətrafında müəmmalar axtarmağa dəyməz” – QUBAD İBADOĞLU

    3

    “Bu görüşlər Azərbaycanda səmimi və hesabatlı siyasət üçün nümunələr yaradacaq”

    “Son günlər hakimiyyətyönlü mətbuatda müxtəlif başlıqlarla eyni məzmunda yazılar dərc edənlərə xitabən bildirmək istərdim ki, Bakıda olduğum son 10 gündə keçirdiyim görüşlər ətrafında müəmmalar axtarmağa və əbəs yerə narahat olmağa dəyməz. Keçirdiyim bütün görüşlər Azərbaycan dövlətinin maraqlarına, xalqın mənafeyinə və demokratik dəyərlərin inkişafına xidmət edir, bu görüşlərdə müzakirə mövzusu ölkə vətəndaşlarının ictimai-siyasi, sosial-iqtisadi həyatını əhatə edən, dəyişdirən və yaxşılaşdıran məsələlərdən ibarətdir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, tanınmış iqtisadçı alim Qubad İbadoğlu bildirib.

    “Ölkənin hazırkı ağır durumunda siyasi debatlardan və ictimai dialoqlardan qaçmayaq”

    “Görüşlər davam edəcək, hər kəs üçün açıq olacaq, bu görüşlər Azərbaycanda səmimi və hesabatlı siyasət üçün nümunələr yaradacaq. Gəlin, açıq və səmimi olaq, ölkənin hazırkı ağır durumunda siyasi debatlardan və ictimai dialoqlardan qaçmayaq. Sonra gec ola bilər, unutmayaq ki, sabah ölkənin maraqlarına zidd olan hər bir hadisənin məsuliyyəti yalnız iqtidarın deyil, müxalifətin də üzərinə düşür”,- ADR sədri vurğulayıb.

    Şamo EMİN, Hurriyyet.org