10 prokurorluq işçisi məsuliyyətə cəlb edilib

165

 

Bu ilin birinci yarısında xidməti fəaliyyətlərində qanun pozuntusu hallarına yol vermiş 10 prokurorluq işçisi barədə xidməti yoxlamalar aparılaraq, intizam məsuliyyətinə cəlb olunublar.

Modern.az-ın məlumatına görə, bu barədə prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, onlardan 3 nəfərə töhmət, 1 nəfərə şiddətli töhmət verilib:

“5 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib”.