1 qramı 1 milyon avroya – xərçəng xəstələrinə ümid olacaq

387

Hurriyyet.org xəbər verir ki, balon balığının 1 qramı 1 milyon avrodan da baha olan zəhəri xərçəng xəstələrinin dərdlərinə dərman ola bilər.

Türkiyənin Çuxurova Universitetinin su məhsulları fakültəsinin əməkdaşı, professor  Fatih Özoğul, balon balıqlarında olan tetrodotoksin (TTX) zəhərinin 1 qramının 1 milyon avrodan baha olduğunu və bu zəhərin mikroorqanizmlər tərəfindən istehsal edilməsi üçün işlərin başlandığını söyləyib. Özoğul deyib: “Xaricdə TTX zəhəri yüksək dərəcəli xərçəng xəstələrinin ağrılarının sağaldılmasında istifadə edilir”.

Qırmızı dənizdən Aralıq dənizinə axışaraq buradakı balıqların populyasiyasına böyük miqyasda zərər verən istilaçı balon balıqlarında olan tetrodotoksin zəhəri ilə bağlı araşdırmalar aparan professor Özoğul balıqların daxili orqanları və dərisində olan TTX zəhərinin morfidən 3 min dəfə daha təsirli, sianiddən 1200 dəfə daha zəhərli olduğunu bildirib. Professor son illərdə Kanada, ABŞ və Uzaq Şərq ölkələrində anestezik xüsusiyyətlərinə görə bu maddədən istifadə edilməyə başladığını bildirib: “Bu maddədən həm də narkotik asılılıqdan xilas olmaq üçün müalicədə də istifadə edilir. Bu zəhərdən müalicə məqsədi ilə istifadə edildiyi zaman narkotik maddə istəyini azaldır, xəstə daha həmin maddələrdən istifadə eləmək istəmir. Morfidən 3 min qat artıq ağrıkəsici olduğu üçün xərçəng xəstələrinin müalicəsində ağrıkəsici kimi istifadə edilir. Bu zəhər neyronların arasındakı sodium kanallarını blokladığı üçün insanlar ağrı hiss etmirlər”.

Aralıq dənizindəki dörd müxtəlif balon balığı növündə zəhər araşdırmaları apardıqlarını bildirən professor Özoğul balon balığının zəhərinin çox bahalı olduğunu, 1 qramının 1 milyondan avrodan baha satıldığını və Türkiyənin bu sahədə valyuta qazanmaq imkanlarının olduğunu bildirib.