​Vikipediyadakı Qarabağ səhvi aradan qaldırıldı – FOTO

54

Vikipediya onlayn ensiklopediyasının italyan dil bölməsində Dağlıq Qarabağla bağlı məqalədə yanlışlar aradan qaldırılıb.
Bu barədə Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat yayıb.
O bildirib ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli Vikipediyanın italyan dili bölməsində Dağlıq Qarabağ haqqında məqaləni əsaslı mənbələrlə redaktə edərək zənginləşdirib:
“Məqalənin əvvəlki versiyasında təhrif olunmuş məlumatlar çoxluq təşkil edirdi. Mətndə boşluqlar və birtərəfli cümlələr aradan qaldırılıb, etibarlı, əsaslı istinadlar məlumata əlavə edilib. Bugünkü informasiya müharibəsi dövründə bu cür məqalələrdəki yanlışlıqların aradan qaldırılması gənclərimiz tərəfindən uğurlu töhfədir. Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının sədri Emin Rüstəmov, Sosial və elmi araşdırmalar departamentinin rəhbəri Əli Kəbirli, departamentin nəzdində fəaliyyət göstərən Vikipediya qrupunun könüllüləri italyan dili bölməsində Azərbaycanla bağlı məqalələrin yenilənməsində böyük fəallıq göstərirlər. Bu günə qədər Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına dair çoxsaylı məqalə qrup tərəfindən zənginləşdirilib. Hazırda bu sahədə fəaliyyət uğurla davam etdirilir”.