Əvvəlcə Səudiyyə Ərəbistanı, ardınca İordaniya – İsrailin gizli diplomatiyası

297

İsrail ilə İordaniyanın xarici işlər nazirləri gizli görüş keçiriblər

Hurriyyet.org xəbər verir ki, İsrail ilə İordaniyanın xarici işlər nazirliklərinin dünən məxfi şəkildə görüşdükləri bildirilib. İsrailin Baş naziri B.Netanyahu da ötən həftələrdə gizlin şəkildə Səudiyyə Ərəbistanına yollanaraq vəliəhd şahzadə Məhəmməd ibn Salman ilə görüşmüşdü.

İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi ilə iordaniyalı həmkarı Ermen əs Safedinin iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək üçün cümə axşamı günü məxfi şəkildə görüşdükləri bildirilir.

“Anadolu Agentliyi”nin “Walla News” nəşrinə istinadən verdiyi xəbərdə Aşkenazi və Safedinin İordaniya-İsrail sərhədində yerləşən Kral Hüseyn körpüsü sərhəd məntəqəsində görüşdükləri bildirilir. İki ölkənin xarici işlər nazirlərinin illər sonra keçirdikləri görüşdə Fələstin ilə İsrail arasındakı müzakirələrin yenidən başlanması və İordaniya ilə İsrail arasındakı iqtisadi məsələlərin müzakirə edildiyi deyilir. Görüşdə, ABŞ-ın yeni Prezidenti Co Baydenin vəzifəsini icra eləməyə başlamasından sonra İsrail ilə Fələstin  arasındakı sülh prosesinin yenidən başladılması üçün addımlar atmaq niyyətində olduğunu Safedinin Əmman rəhbərliyinə çatdırdığı qeyd edilib.

Xəbərin İsrail mətbuatında dərc edilməsindən sonra İordaniyanın Xarici İşlər Nazirliyi yazılı açıqlamasında Safedi ilə Aşkenazi arasında görüş keçirildiyini təsdiqləyib.