Əvvəlcə azad edildi, sonra… – Azərbaycanlı şair haqda ziddiyyətli qərar

51

Məhkəmədə güney azərbaycanlı şair, müəllim və milli fəal Bəhmən Nəsirzadə barəsində verilən bəraət hökmü Maku sərhəd alayının komandanı Şirzad Hacızadənin etirazı üzrə ləğv edilib.

“Şərləmə” və “yalan məlumat yaymaq”da ittiham olunan Nəsirzadəyə daha öncə məhkəmə tərəfindən bəraət verilmişdi.

Milli fəalın dosyesinə bəraət hökmünü ləğv edən Maku Cinayətlər Məhkəməsi baxacaq.

Qeyd edək ki, azərbaycanlı müəllim daha öncə İranın təhsil nazirinə məktub yazaraq, dərs kitablarında anti-türk və anti-Azərbaycan amillərin olduğuna etiraz etdiyi üçün Zəncan yaxınlığında yerləşən Qeydar (Xudabəndə) şəhərinə sürgün edilmişdi.

O, Azərbaycan türklərinin milli haqları uğrunda apardığı mədəni fəaliyyətlərə görə dəfələrlə İranın təhlükəsizlik orqanlarının təzyiqlərinə məruz qalıb.

Nəsirzadə “Azərbaycanın dilbər guşəsi Daşmakıdan neçə şair”, “Tomris ana”, “Arazın seçilmiş əsərləri” və “3 dilli Araz lüğəti” kimi əsərlərin müəllifidir. \\Teleqraf