Ət yeməyən insanlar koronavirusa tez yoluxur – SƏBƏB

72

“Ət yeməmək hüceyrələrin zəifləməsinə səbəb olur. Yüksək protein maddələri qəbul etmədikdə, insan koronavirus da daxil olmaqla bir ox yoluxucu xəstəliklərə asanlıqla yoluxur”.

Bunu həkim-epidemioloq Olqa Nenastina “RİA Novosti”yə müsahibəsində danışıb.

Gündəlik qida rasionunda heyvan mənşəli məhsullar xüsusi yer tutur, çünki bir çoxu insan bədənində sintez olunmayan, amma həqiqətən ehtiyac duyduğu vacib vitamin mənbələri ehtiva edir. Bunlar xüsusən B2 və B12 vitaminləridir – qanyaratma, sinir və həzm sistemlərinin işində vacib rol oynayır, eyni zamanda dəri və selikli qişaların vəziyyətindən də cavabdehdirlər.

Bundan əlavə, özlərini heyvan məhsullarından məhdudlaşdıran insanlarda şəkərli diabet, bronxial astma, artrit və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək çox doymamış yağ turşularının (PUFA) çatışmazlığı meydana gələ bilər.

Terapevt Yelena Tixomirova da bənzər fikri jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, vegetarianlıq COVID-19-a yoluxma riskini artırır, vegetarian “təcrübəsi” uzandıqca immunitet də bir o qədər azalır. Bundan əlavə, vegetarianlıq bir sıra xroniki xəstəliklərə səbəb olur. \\Medicina