Əsirlərin dəyişdirilməsi prosesiylə bağlı işlər hansı mərhələdədir?

480

10 noyabr bəyannaməsinin əsas şərtlərindən biri də əsirlərin qeyri şərtsiz dəyişdirilməsidir. Əsirlərin dəyişdirilməsi işinə ilk olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsi qoşulur. Cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları faktları ortalığa çıxıb.

Maraqlıdır ki, 10 noyabr bəyannaməsinin əsas şərtlərindən biri olan əsirlərin dəyişdirilməsi prosesiylə bağlı işlər hansı mərhələdədir?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Hurriyyet.org-a açıqlamasında, əsir düşmüş şəxslərin hamının-hamıya prinsipiylə dəyişdiriləcəyini deyib:


“10 noyabr bəyannaməsinin əsas şərtlərindən biri də əsirlərin və girovların dəyişdirilməsidir. İlk növbədə əsir düşmüş şəxslərin siyahısını dəqiqləşdirmək lazımdır. Hazırda daha çox bu istiqamətdə işlər gedir. Çünki, itkin düşmüş şəxslər də var. Hamının-hamıya prinsipiylə dəyişdirilmə prosesi baş verəcəkdir. Bu baxımdan əsirlərin tam siyahısı dəqiqləşdirilməlidir. Erməni tərəfindən də əsirlər var. Bizim də bir neçə əsirimiz var. Kütləvi İnformasiya Vasitələrində də onlar haqqında məlumatlar da paylaşılıb. Müvafiq strukturlar dəqiqləşdirmələr aparırlar. Daha sonra, Qırmızı Xaç Kiomtəsinin vasitəsilə əsirlərin siyahısının mübadiləsi olacaq. Buna uyğun olaraq, əsirlərin dəyişdirilməsi baş verəcək”.

Lakin, erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycan Respublikasının qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır.  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından açıqlamada, əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edildiyi bildirilib. Komitədən eyni zamanda,hərbi əsirlərin nümayiş etdirilməsi, onların aşağılanması Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyətlərin olmadığı deyilib:

“Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur. Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk. Azərbaycan Respublikası hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır. İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir”.

YƏHYA