“Əsgər ailələrinə sosial dəstək verilə bilər” – Fərhad Bədəlbəyli

27

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin xərclənməsi üçün 8 istiqamət müəyyənləşib.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Fondun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli deyib.

F. Bədəlbəyli bildirib ki, Fond daha çox sosial yardımla məşğul olmalıdır: “Mən iclasda əsgərlərin ailə üzvlərinə sosial yardım edilməsini də təklif etdim. Həkimlərlə bərabər, əsgərlər də ön cəbhədədir”.

Şura üzvü Ziyad Səmədzadə qeyd edib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə müzakirə aparılıb: “Səhiyyənin az inkişaf etmiş sahələri, sosial yardıma ehtiyacla bağlı məsələlər var. Təhlillər aparılacaq, Fonda müraciətlər araşdırılacaq və lazımi addımlar atılacaq. Müraciətlər qiymətləndiriləndən sonra vəsaitlərin hansı istiqamətlərə xərclənəcəyi barədə qərar veriləcək”./apa/