“Əsas məqsədim Avropa futbolu oynamaq olacaq”

288
Obradoviç ilk tsiklini qiymətləndirdi, ən üzücü məqama toxundu

Milli komandamız kimi, U-21 yığmamız da növbəti tsikli eyni baş məşqçiylə davam etdirəcək. Sadəcə, Milan Obradoviçlə müqavilə bu ilin sonunda başa çatırdı ki, tərəflər artıq bu məsələdə son nöqtəni qoyublar. Belə ki, 43 yaşlı serbiyalı mütəxəssis postunda qalacaq və onun yeni müqavilə 2 illik mmüddəti əhatə edəcək. Elə Obradoviç də Sport24.az-a müsahibəsinə bununla bağlı fikirlərini və gələcək planlarını bildirməklə başlayıb.

-​ AFFA ilə artıq danışaraq razılaşdıq ki, işimi davam etdirəcəm. Gələcək plana gəlincə, təəssüf ki, COVİD-19-a​ görə Azərbaycan çempionatında, ümumiyyətlə, dünyada baş verənlərə əsasən təlim-məşq toplanışı, yoxlama oyunlarını təşkil etmək çox çətindi. Hazırkı planlarımız belədi ki, yanvarın 28-də püşkatma olacaq və buna əsasən işimizi quracağıq. Dəqiq bunu planlaşdırıram ki, martda toplanış edim. Bu, birmənalıdı. Həmin toplanış növbəti tsiklin təməli olacaq ki, birgə məşq etməyimiz vacibdi. Bu zaman ilk tsiklimizdə yaxşı hesab etdiyimiz işlərimizi təkrarlayaq və buna yeni şeyləri qoşaq. Bu, artıq köhnə-yeni komanda olacaq. Təbii ki, orda yeni simalar da olacaq. Taktika, strategiya ilə bağlı gələcək kursumuzu müəyyənləşdirəcəyik ki, necə​ inkişaf edək, bunu hansı templə davam etdirək. Bundan sonra bizdə iyun, sentyabr, oktyabr və noyabr olacaq ki, oyunların keçirilməsində “pəncərə” dönəmi  bu aylardadı. Qrupda bizə hansı rəqiblər düşəcək, buna əsasən müəyyənləşdirəcəyik ki, nə vaxt evdə, nə vaxt səfərdə çıxış edəcəyik, iyunda oynayacağıq, yoxsa hər şeyi payız aylarına saxlayacağıq. AFFA rəhbərliyi ilə indidən yanvar planlarını müzakirə edirik. Hətta ola bilsin ki, hazırlıq prosesində oyun keçirməyə də imkan oldu. Ancaq bir az gözləməli, 10 gün də səbr etməliyik ki, “korona”yla bağlı gedişat necə olacaq. Çünki Azərbaycanda karantin yenidən sərtləşdirilib və bura istənilən komandanın gəlməsi çox çətindi. Türkiyəyə toplanışa yollanmağa gəlincə,​ bunun da həyata keçirilməsi böyük​ sualdı. Buna görə üzərində işləyirik ki, bir sınaq matçı keçirək. Təbii ki, koronavirus infeksiyası bizə imkan verərsə. Məşqçilər korpusuna gəlincə, müşahidələrimizi, ünsiyyətimizi davam ediirk. Azərbaycana bağlı, buranın​ pasportu olan futbolçuların axtarışlarını da davam edirik. Onları müəyyənləşdirmək, baxmaq, ilk növbədə oyun səviyyələrini​ sınaqdan keçirmək və bizim yığmada çıxış etmək istədiklərini bilmək, bununla əlaqədar ailələrinin fikirlərini öyrənmək lazımdı.​

– Başa çatan tsikli ümumilikdə necə dəyərləndirərdiniz?

– Hər şey başa çatandan sonra ilk narazı qaldığım ardıcıl 2 matçda uduzmağımız oldu ki, hansında​ ki bu,​ 90+4-cü dəqiqədə buraxdığımız qollarla reallaşdı. Bu, ilk olaraq Slovakiyada oldu, hesabda geridə idik, tarazlıq yaratdıq, sonda isə uduzduq. İsveçrəylə görüşdə isə ümumiyyətlə, hesabı açmışdıq, sonradan rəqib bərabərlik qolunu və yekunda qələbə topunu vurdu. Mənə elə gəlir ki, bu 2 xal gələcək üçün yaxşı perspektiv verə bilərdi. Digər tərəfdən, bu, hamımız üçün xoşagəlməz vaxtda təsadüf etdi. Çünki həmin dövrdə xeyli futbolçumuz “korona”dan əziyyət çəkdiyindən bizə kömək edə bilmədi. Eyni zamanda əsas yığmada​ olan yetərincə oyunçumuz vardı. Buna görə də həmin dövrdə heyətimiz əvvəlki 5-6 matçla müqayisədə 70 faiz dəyişmişdi. İlk növbədə yığdığımız xal sayından narazıyam. Hesab edirəm ki, göstərdiyimiz oyunla birmənalı olaraq daha çox xalı haqq edirdik. Turnir cədvəlində 3-cü, 4-cü, 5-ci pillədə olanda, kimi bu, maraqlandırırsa, kim buna önəmli baxırsa, iradını bildirəcək. Mənim üçün ən vacibi bu idi ki, etimadı, oyunu qaytarardıq. Yetərincə xal toplasaydıq, lap əla olardı. Çünki belədə, sərgilədiyimiz oyun səviyyəsinə uyğun xalımız olardı. Daha bir məqam tramplinlə bağlıdı. Futbolçular əsas yığmaya​  U-21-dən keçməlidir ki, bu, belə də olur. Yalnız bu yolla Azərbaycan futbolunun gələcəkləri irəli gedə bilərlər.

– Yığmamızın rəhbərliyiniz altında yetərincə parlaq oyunları oldu. Bu sırada ilk növbədə İsveçrəylə matçı qeyd etmək istəyirəm ki, futbolçularımız çox yaxşı təsir bağışladılar, ancaq top sadəcə, qapıya girmirdi. İndisə komandamızın heyəti ciddi şəkildə dəyişəcək. Fikrizinizcə, növbəti tsikldəki heyətdə daha yaxşı çıxış etmək potensialından yetərincə futbolçu var? Nəticəni yox, keyfiyyətli futbol baxımından nəzərdə tuturam…

– Əlbəttə, İsveçrəylə​ parlaq oyunumuz vardı. Həmin vaxtda ilk növbədə oyun baxımından bir az artırmağa başladıq və bu, çox vacib idi. Ancaq bildiyiniz kimi, futbol fəlsəfəm belədi ki, ilk növbədə oyun planında tərəqqi etməliyik və bu zaman üstəlik, xallar da qazanmalıyıq. Çünki hər ikisi bir-birini tamamlayır, biri digərini “dartır”. 90+4-cü dəqiqələrdə buraxdığımız qollarla 2 oyunu uduzduq, deməli, bundan dərs çıxararaq necə sonadək oynamalı olduğumuzu öyrənməliyik. Bəli, rəqiblərimiz yaxşı komandalardı. Ancaq bu, o demək deyil ki, onlardan zəifik. Xüsusilə son 5 dəqiqədə bizdə nəticə var ki, onu qoruyub saxlamalıyıq və s. Futbolçu qrupuna gəlincə, bu tsikldə çox yeni oyunçu gördünüz. Hansılar​ ki, ilk dəqiqələrdən oynayırdılar, pis çıxış etmirdilər. Üstəlik, onlar komandalarla ilk mərhələni keçdilər, tələblərimizlə, oyunlarda, hətta məşqlərdə nə istədiklərimizlə tanış oldular. Buna görə həmin dönəmi keçməyəcəyik və vaxtı buna yox, başqa komponentlərə sərf edəcəyik ki, tərəqqi​ olsun. Belə deyim ki, hamımız birgə darta bilsək, yaxşı yığma komandamız olacaq. Biz tərəfdən hər şey aydındı, klublarla bağlı ümid edirəm ki, U-21 üzvləri daha çox çıxış​ edəcəklər, oyunlarıyla heyətdə olmağı haqq edəcəklər,​ daha 21 yaş limitlərində futbolçu olduqlarına görə yox. Yığma üzvləri sayının əvvəlkiylə müqayisədə daha çox olacağına ümid bəsləyirəm. Çünki bu halda seçim​ imkanım daha geniş olacaq, komandada rəqabət artacaq.

– İkinci dəfədi son dəqiqələrdə qol buraxaraq uduzduğumuzu qeyd edirsiniz ki, bu, həqiqətən xoşagəlməz andı. Yığmamızla bağlı son dəqiqə uğursuzluğu nəylə bağlıdı – futbolçular “boşalırdılar”, yoxsa sonadək münarizə aparmaq üçün fiziki gücləri qalmırdı?

– Prinsipcə, buna çox sadə cavab vermək də olar, yetərincə qəliz də. İlk növbədə futbolçularımızın oynadıqları çempionatın səviyyəsini vurğulayardım. Bu, yüksək liqa olsa belə, yaxud I Divizion. Xatırlayın, klublarımız udanda, uduzanda nə vaxtsa​ son dəqiqələrdə hesabı dəyişirdilər? Bizim klublar müdafiə olunanda​ necə oynayırlar, yaxud hücum edəndə… Bütün bunlar bir-biriylə bağlıdı. Yaxşı nəticən olanda oyunu başa vurmaq təcrübəsi – bunun da üzərində işlənilir. İstər məşq prosesində, istərsə də oyunda. Eyni zamanda bu təcrübəyə Avropada güclü çempionatlarda – misal üçün İtaliyada, İngiltərədə hər turda baxmaqla şahid olmaq mümkündü. Bizim futbolçulara gəlincə, hər şeydən əvvəl beynəlxalq oyunlarda təcrübə, belə səviyyədə çıxış etmək bacarığı əsas rol oynayır. Konkret bir cavab verə bilmirəm, bu, yetərincə çətindi. Bir şeyi dəqiq bilirəm ki, növbəti fəaliyyətim dönəmimdə bunun üzərində də işləyəcəm. Oyunu necə qurtarmaq lazımdı – buna da diqqət yetəricəyim​ dəqiqdi. Bu haqda az, bir dəfə yox,​ çox danışacağıq. Bu iki oyunun təhlilini aparmışam. Bir daha təkrarlamalı oluram ki, əfsuslar olsun, ehtiyatda ikinci hissədə oyunu gücləndirə biləcəyim futbolularım olmadı. Xüsusilə İsveçrəylə görüşdə. Həmin oyunda meydana buraxa biləcəyimiz futbolçu sadəcə, yox idi. İstəyim vardı​ son dəqiqələrdə bəzi şeyləri dəyişim ki, nəticəni əldən verməyək. Ancaq onda bəzi futbolularımız oldu ki, sadəcə, “korona”ya görə oynaya bilmədilər. Sərəncamında oyunu gücləndirə biləcək futbolçuların olması vacibdi ki, bunu bir dəfə də olsun edə bilmədik. Bir sözlə, hər şey üzərində işləmək lazımdı. İşdən qaçmıram, əksinə, işləməyi sevirəm ki, belə məqamlarla qarşılaşım, onları aradan qaldırım. Baş verənləri bizim​ futbolçularla müzakirə etməyi səbirsizlənirəm ki, niyə bu, baş verdi və bu vəzyyətdən ən yaxşı şəkildə​ necə çıxaq.​

– Püşkatmayadək Azərbaycana qayıtmağı planlaşdırırsınız, yoxsa bu mərasimi Serbiyadan izləmək fikrindəsiniz?

– Həmin vaxtadək dəqiq​ Azərbaycanda​ olacam. Ümid edirəm ki, yanvarın 18-də sərt karantin ləğv olunacaq. Bu, olmasa belə, neyləyək. Yanvarın ikinci yarısında Bakıda olacam. Püşkatmanı evdə izləyəcəm, ancaq çox güman Bakıdakı evimdə. Ya da ola bilsin AFFA-da izlədik. Baxaq görək, orda​ iştirak etmək lazımdımı. Çünki təqvimi rəqiblərimizlə danışmalıyıq.

– Başa düşürük ki, püşkatmayadək nəsə proqnozladırmaq çox çətindi. Ancaq hər halda, azərbaycanlı azarkeşlər qarşıdakı seçmə mərhələdə nəyə ümid edə bilər? Yığmalarımızda nadir halda olur ki, ardıcıl iki tsikl eyni baş məşqçi olsun. Artıq bu, yetərincə pozitiv məqam sayılır…

– Bu, məmmun qaldığım məqamdı​ ki, tərəflər işbilriiyni davam etdirməyi qərar verdilər. İlk dəfə bir araya gəldiyimizdə də məndə bu fikir vardı ki, bizdə müəyyən​ keyfiyyət, səviyyə var, bunu göstərə bilərik. Bunlar​ yalnız sıradan sözlər deyil. Çox futbol həvəskarı olan və olmayanlar​ sevirlər deməyi​ ki, keyfiyyətimiz var, ancaq xal yoxdu. Yox, nə qədər bu yığmada​ baş məşqçi​ olacam,​ əsas məqsədim bu olacaq ki, Avropa futbolu oynayaq. Açığı, əsl azərbaycanlı azarkeşindən istəyim odur ki, hər növbəti oyunumuzu gözləsin. Çünki bu ona futbol zövqü gətirir. Bizim komandaya baxaraq görək ki,​ müasir futbol oynayır, buna çalışır – sürətli oyun, topa nəzarət, onu özündə​ daha çox saxlamaq istəyi, pressinq edirik. Hətta rəqib Fransa, İsveçrə və bu kimi güclülər olanda da.​ Komanda kimi tərəqqi edəndə Avropa futbolunda artıq yerimizi tutacağıq.​ Yetərincə pozitiv şərhlər oldu Fransanın, İsveçrənin baş məşqçisi tərəfindən. UEFA-dakı, bir çox yerlərdəki tanışlarımdan da az eşitmədim ki, Azərbaycanı ölkə olaraq necə tərifləyirdilər. Bu, işimizin​ başlanğıcıdı, ardından​ nəticə​ olsun, onda hamımız üçün daha yaxşı olacaq. Bu, isə Azərbaycan futbolunun gələcəyi baxımından vacibdi. Futbolla bağlı çox şey eşidirik, oxuyuruq ki, mübarizə, filan. Yox, çalışıram ki, ən düzgün sözləri tapım deyim.​ Mübarizə​ üçün həmişə hazırıq, hətta futbola aid olmayan məqamda da. İstəyim, azarkeşlərin bizdən gözlədiyi bu, olsun ki, daha çox əsl futbol oynayaq.

– Bunu deyəndə nə nəzərdə tutursunuz?

– Daha çox hücum, pressinq edək, kombinasiyalı oyun göstərək, daha çox top saxlayaq. Bəli,​ daha çox səhv edə bilərik, futbolda bunlar olur. Ancaq daha çox çalışacağıq​ kİ, total futbol oynayaq. Bunlarla parael olaraq necə müdafiə olunmağı​ inkişaf etdirək, son dəqiqələrdə bizə sərfləli hesab olunanda onu qorumağı bacaraq. Buna əsasən matçlardan sonra yenidən insanların simasına baxaraq onlala ünsiyyət qurmaq məni məmnun edəcək. Bu, həm yaxşı​ fikirlər olar, həm də neqativ. Bu, gələcəkdə nəticə çıxarmaq baxımından hamımıza faydalı olduğundan mütləq olmalıdı. Tənqid olmalıdı ki, bundan nəticə çıxarasan, buraxdığın səhvləri təkrarlamayasan. Ümid edirəm ki, qarşıdakı tsikl də bizim futbola inamı qaytarmağa kömək olacaq, yığma olaraq daha da inkişaf edəcəyik.