Ərdoğanın partiyası nöqtəni qoydu: “Erkən seçki…”

45

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi Numan Kurtulmuş erkən seçkilərlə bağlı açıqlama verib.

AKP rəsmisi bu haqda yayılan məlumatların həqiqətə uyğun gəlmədiyini bildirib.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) erkən parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddiasına cavabı belə olub: “Erkən seçki məsələsi gündəmi dəyişdirmək üçün ortaya atılıb”. \\Teleqraf