Ərdoğanın bir kəlməsi bəs elədi – Tehran bələdiyyəsi Azadi qülləsində belə yazdı: “Canım sənə fəda olsun, sevimli Azərbaycan!”

492

Hurriyyet.org xəbər verir ki, Tehran bələdiyyəsi Azadi qülləsində belə bir yazı yazıb: “Canım sənə fəda olsun, sevimli Azərbaycan!”

Xəbər verdiyimiz kimi, İranın Xarici İşlər naziri Cavad Zərif Azərbaycanda keçirilən qələbə paradında Türkiyə Prezidenti R.T.Ərdoğanın söylədiyi şeirdən narahat olmuş, “Tvitter” hesabında yazmışdı: “Prezident Ərdoğana Bakıda pislədiyi hadisənin Arazın şimalındakı bölgələrin ana vətənindən zorla ayrılmasından bəhs elədiyi barəsində məlumat verilməyib.  Azərbaycan Respublikasının suverenliyinə zərər verdiyini bilmədimi?

Heç kim sevimli Azərbaycanımız barəsində danışa bilməz”.

Prezident Rəcəb Tayyib  Ərdoğan 10 dekabr tarixli çıxışında demişdi: “Araz öz nəğməsini daha da ucadan oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha güclü olacaqdır.

Arazı ayırdılar,

Qum ilə doldurdular.

Mən səndən ayrılmazdım,

Zor ilə ayırdılar.

Ay Laçın, can Laçın,

Çan sənə qurban Laçın”.