Ərdoğandan Merkelə: Qəbuledilməzdir!

90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş keçilib.

Görüşdə Şərqi Aralıqdakı vəziyyət başda olmaqla, regional və ikitərəfli məsələlər müzakirə olunub.

Müzakirə zamanı Ərdoğan Merkelə Yunanıstanın haqsız və eqoist davranışına dəstək verilməsinin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə Merkel Fransa Prezidenti Emmanuel Makronla söhbətində Avropa Birliyinin Yunanıstanı dəstəkləməsinin vacibliyini bildirmişdi. \\Axar.az