Ərdoğan: “Yeni Sevr”i əsla qəbul edə bilmərik

105

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan deyib: “Bir əsr əvvəl Sevri neçə yırtıb atmışdıqsa, bu gün də Şərqi Aralıq dənizində ölkəmizə məcbur qəbul etdirməyə çalışdıqları Sevrə boyun əyməyəcəyik. Yüzdə yüz haqlı olduğumuz bir məsələdə quldurluğa güzəştə getsək, gələcək nəsillərin üzünə baxa bilmərik”.

Ərdoğan deyib:  “Aralıq dənizindəki hüquqlarımızı qorumağa yönəlik addımlar enerji sahəsində xaricdən asılılığımızı aradan qaldırmaq üçün həyati əhəmiyyətə malikdir. Türkiyənin Şərqi Aralıq dənizindən Liviyaya qədər müxtəlif cəbhələrdə apardığı mübarizə sadəcə bir hüquq mübarizəsi yox, bir istiqlal mübarizəsidir”.