Ərdoğan Vildersi məhkəməyə verdi

72

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan “Tvitter” sosial şəbəkəsində təhqirli karikatura paylaşan Hollandiya Azadlıq Partiyasının sədri Greet Vildersi “Prezidentə həqarət” ittihamı ilə məhkəməyə verib.

İslam və türk düşməni kimi tanınan və tez-tez qalmaqallı paylaşmalar edən Vilders “Tvitter”də Prezident Ərdoğana qarşı təhqirli karikatura paylaşıb.