Ərdoğan və Putin Dağlıq Qarabağ münaqişəsini MÜZAKİRƏ EDİBLƏR

117

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Türkiyə Prezidenti vurğulayıb ki, Ermənistan öz silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır. T.Ərdoğan bildirib ki, Azərbaycanın əks-hücum əməliyyatı öz torpaqları çərçivəsində həyata keçirilir. \\TREND