Ərdoğan S-400 sistemlərindən danışdı – “Vaşinqtonun mövqeyi bizim üçün maraqlı deyil”

60

Hurriyyet.org xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün çıxışında Türkiyənin S-400 zenit-raket komplekslərini sınaqdan çıxardığı xəbərini təsdiqləyib.

Ərdoğan Vaşinqtonun bu məsələ ilə bağlı rəyinin Ankaranı narahat eləmədiyini və Türkiyə hakimiyyətinin ABŞ-ın mövqeyi ilə maraqlanmadığını söyləyib.

Türkiyənin dövlət başçısı bildirib ki, Yunanıstanın Rusiyadan S-300 Hava Hücumundan Müdafiə sistemlərini alması Amerikanı qətiyyən narahat eləmir.

Ərdoğan deyib: “Sınaqlar davam edəcək və biz inamla yolumuza davam edəcəyik”.